• Tərəvəz buketi resepti

Reseptin məlumatları Baxış sayı: 13 174

Tarix : 5-07-2016, 22:00

Bölmə : Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 1-2


Tərkibi:
200 qr təzə lobya
1 ədəd orta boy qabaq
1 ədəd orta boy kök
1 xörək qaşığı qarğıdalı
3-4 diş sarımsaq
1/2 çay qaşığı qarışıq ədviyyatlar
duz, istiot

Hazırlanması:
Lobyaları təmizləyin, qabaqın və kökün qabıqlarını soyun.
Hamısını uzun incə doğrayın. Yağı qazana tökün.
Döyülmüş sarmısağları əlavə edin.
Ardından lobyaları qazana atın.
Qarışdıraraq 3 dəqiqə qovurun.
Sonra kökləri qazana atın.
Qarışdırmağa davam edərək 5 dəqiqə daha qovurun.
Orta hərarətli atəşdə yumşalmağa başlayan kök və paxlaların içinə qabaqı əlavə edin.
Yenə qovurmağa davam edin.
Tərəvəzləri yüngülcə çox yumuşatmadan qızardın.
Ocaqdan almadan iki dəq əvvəl quru reyhan, duz, və qara bibəri əlavə edin.

Nuş olsun!
Etiketlər: əlavə, qazana, qovurun, qaşığı, davam, dəqiqə, atəşdə, yumşalmağa, Sonra, başlayan, hərarətli, kökləri, paxlaların, edərək, Qarışdırmağa, qabaqı, əvvəl, almadan, reyhan, bibəri
BİZİ İZLƏYİN