• Ayoli sousu ilə xırt-xırt kartof qabıqları resepti

Reseptin məlumatları Baxış sayı: 11 382

Tarix : 22-08-2016, 21:00

Bölmə : Tərəvəz yeməkləri / Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6 iri kartof

ayoli sousu:
1 yumiurtanın sarısı
1 ç.q.-dan az xardal
dəniz duzu
1.5 st. zeytun yağı
4 x.q. limon şirəsi
1 diş sarımsaq
1 çimdik zəfəran
2 ç.q. qaynar su
qızartmaq üçün yağ

Hazırlanması:
Kartofun üzərini bərk fırça ilə tərtəmiz yuyun. Kağız salfetlə qurulayıb əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 45-50 dəqiqə bişirin.

Ayoli sousu: yumurta sarısı, xardal və duzu qarışdırın. Zeytun yağını az-az əlavə edib çalın, limon şirəsi ilə əzilmiş sarımsağı qatın.
Ayrı kasada zəfərarın üzərinə qaynar suyu töküb 5 dəqiqə dəmləyin. Sonra sousa əlavə edin.
Kartof bişdikdə ortadan iki bölün. Qaşıqla içini çıxarın. Çox da nazik olmayan qabıqları 4 yerə bölün.
Zeytun yağında kartof qabıqlarını qıpqırmızı qızardın.
Süfrəyə zəfəranlı ayoli sousu ilə birlikdə verin.

Nuş olsun!
Etiketlər: sousu, bölün, şirəsi, Zeytun, kartof, qaynar, limon, əlavə, ayoli, dəqiqə, sarısı, xardal, sousa, Kartof, bişdikdə, ortadan, üzərinə, kasada, zəfərarın, töküb
BİZİ İZLƏYİN