• Mayonez souslu kartof resepti

Reseptin məlumatları Baxış sayı: 12 308

Tarix : 30-01-2017, 16:00

Bölmə : Tərəvəz yeməkləri / Souslar / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
• 4-5 ədəd kartof
• 1 xörək qaşığı mayonez
• 1-2 sap təzə yaşıl soğan
• 3 xörək qaşığı qatıq
• Duz, istiot
• 1 xörək qaşığı zeytun yağı

Hazırlanması:
• Kartofları qaynadıb qabıqlarını soymadan bir kənarda saxlayın.
• Qaz sinisinə yağlı kağız sərib kartofları üzərinə düzün.
• Kartof əzənlə hər kartofun üzərindən basın ki, parçalansın. (Çalışın, qabığından tam çıxmasın.)
• Kartofların üzərinə kərəyağı dilimləri qoyun.
• Sonra istiot və duz səpin.
• 225 dərəcədə isidilmiş sobada qızarana kimi bişirin.
• Süfrəyə təqdim edərkən üzərinə mayonez və qatıqla hazırladığınız sousdan töküb üzərinə təzə soğandan doğrayın.
• Yanında toyuq ya ət təqdim edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: üzərinə, qaşığı, xörək, təqdim, mayonez, istiot, isidilmiş, qızarana, dərəcədə, sobada, qoyun, kərəyağı, Kartofların, dilimləri, bişirin, Sonra, səpin, edərkən, doğrayın, Yanında
BİZİ İZLƏYİN