• Lobya düzməsi resepti

Reseptin məlumatları Baxış sayı: 14 108

Tarix : 27-07-2014, 03:41

Bölmə : Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 qram təzə lobya
1 baş soğan
4 pomidor
4-5 diş doğranmış sarımsaq
2 yerkökü
1 çay qaşığı şəkər tozu
0,5 stəkan zeytun yağı
0,5 dəstə təzə nanə
Duz

Hazırlanması:
Lobyaların uclarını kəsəndən sonra vam və duzlu suda qara rəngi çıxana qədər qaynadın. Sonra soğanı zeytun yağında qovurun. Lobyaları qovrulmuş soğanın üzərinə şəkildəki təki düzün, aralarına dilimlənmiş yerkökü əlavə etməyi də unutmayın. Ortaya halqa-halqa doğranmış yerkökü və nanə qoyun.

Lobyaların üzərinə duz, şəkər tozu və 1 stəkan su tökün, pomidorları əlavə edin, tavanın qapağını bağlamadan buğladın, sonra isə tavaya qapaq qoyun. Çox az və vam odda 1 saata yaxn bişirin. Təam bişib hazır olandan sonra lobyanın üzərinə azacıq zeytun yağı və nanə əlavə edin, sonra tavanı boşqaba ağzıüstə çevirib yeməyi ehtiyatla boşqaba qoyun.

Nuş olsun!
Etiketlər: sonra, yerkökü, üzərinə, qoyun, zeytun, əlavə, boşqaba, Lobyaların, doğranmış, stəkan, halqa, şəkər, bağlamadan, qapağını, buğladın, tavaya, Ortaya, tökün, qapaq, pomidorları
BİZİ İZLƏYİN