• Qozlu sous ilə badımcan bağlaması resepti

Reseptin məlumatları Baxış sayı: 12 375

Tarix : 7-11-2016, 12:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8


Tərkibi:
2 kq badımcan
1 st. qoz
2 dəstə keşniş
3 diş sarımsaq
0,5 l su
2 ç.q. sirkə
duz (zövqə görə)

Hazırlanması:
Badımcanları təmizləyib fal-fal doğrayın. Duzlayıb üzərinə soyuq su tökün. 40 dəqiqə sonra suyu süzüb badımcanları sıxın. Kağız salfetlərin üzərinə düzün.

Sous: keşnişi doğrayın, sarımsağı və quru tavada bir qədər qovrulmuş qozu əzin, duz, 70%-li sirkə essensiyası qatılmış qaynar su ilə qarışdırın.

Badımcanları yağda iti odda hər iki üzünü qızılı rəng alanadək qızardın. Hər qızarmış badımcan dilimini çəngəllə götürüb sousa batırın, sterilizə edilmiş bankalara yığın. Sousun qalanını üzərinə tökün. Bankaların ağzına qapaq qoyun, qaynadın. Qaynara düşəndən sonra 5-7 dəqiqə ocağın üzərində saxlayın, sonra qapağını bağlayıb soyuq yerdə saxlayın.

Nuş olsun!
Etiketlər: sonra, üzərinə, badımcan, tökün, dəqiqə, doğrayın, soyuq, sirkə, saxlayın, Badımcanları, bankalara, edilmiş, Sousun, sterilizə, yığın, götürüb, qalanını, çəngəllə, sousa, dilimini
BİZİ İZLƏYİN