• Yağda yerkökü tutması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 11647

Tarix : 24.10.2017, 18:00

Bölmə : Tərəvəz yeməkləri, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq yerkökü
su
0,5 ç.q. üyüdülmüş muskat cevizi
2 ç.q. acı qırmızı istiot
0,5 ç.q. üyüdülmüş mixək
0,5 ç.q. üyüdülmüş hil
2 x.q. duz
0,5 st. qəhvəyi şəkər tozu
1,5 st. rafinə edilməmiş xardal yağı (rafinə edilməmiş günəbaxan yağı ilə əvəz etmək olar, amma xardal dənəsini iki dəfə çox götürmək lazımdır)
4 x.q. dənəvər xardal

Hazırlanması:
Qazanda suyu qaynadın, iri kubik doğranmış yerkökünü əlavə edin, iti odda qaynara düşəndən sonra 1 dəqiqə də qaynadıb yerkökünü çıxarın, kağız salfetlə qurulayın.

Ləyəndə muskat cevizi, qırmızı acı istiot, mixək, hil, duz və şəkər tozunu qarışdırın. Yerkökünü əlavə edib yaxşıca qarışdırın. Bankaya yığın.

Tavaya yağ töküb xardal dənələrini əlavə edin, orta itilikli ocağın üzərinə qoyun. Dənələr partlayıb, yağ da yüngülcə tüstülənməyə başlayanda ocaqdan götürüb 5 dəqiqə saxlayın. Bankadakı yerkökünün üzərinə töküb qapağını bağlayın.

Bankanı 2 həftə işıqlı yerdə saxlayın. Aradabir bankanı silkələyin ki, ədviyyat yaxşı qarışsın.

Yağda yerkökü tutması resepti - FOTO RESEPT

Yağda yerkökü tutması resepti - FOTO RESEPT

Yağda yerkökü tutması resepti - FOTO RESEPT

Yağda yerkökü tutması resepti - FOTO RESEPT

Yağda yerkökü tutması resepti - FOTO RESEPT

Yağda yerkökü tutması resepti - FOTO RESEPT

Yağda yerkökü tutması resepti - FOTO RESEPT


Nuş olsun!


Etiketlər: xardal, əlavə, üyüdülmüş, saxlayın, dəqiqə, qarışdırın, yerkökünü, edilməmiş, üzərinə, rafinə, cevizi, muskat, qırmızı, istiot, töküb, şəkər, mixək, ocaqdan, götürüb, başlayanda
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN