• Badımcan qülləsi resepti

Reseptin məlumatları Baxış sayı: 14 311

Tarix : 29-11-2016, 14:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ədəd badımcan
4 ədəd pomidor
3 diş sarımsaq
2 yemək qaşığı pomidor püresi
12 dilim mozzarella peyniri
2 yemək qaşığı rəndələnilmiş mozzarella peyniri
1 ədəd dəfnə yaprağı
15-20 yarpaq təzə reyhan
1 çay qaşığı ağ bibər
1 çay qaşığı duz
1/2 çay stəkanı qızartmalıq yağ

Hazırlanması:
Badımcanları yaxşıca yuyub qabığını soymadan , nə çox incə nə də qalın olacaq şəkildə , yumru yumru dilimləyin.
Qızartma yağını qızdırın və badımcan dilimlərini çox yumuşatmadan qızardın. Qızaran badımcanların yağını , dəsmal kağız üzərində çəkdirin.
Pomidorları mümkün qədər kiçik doğrayın , bir neçə yarpaq reyhanı kənara qoyub qalanını incə incə doğrayın . Sarımsaqları əzin.
Zeytunyağını bir tavada qızdırıb üzərinə doğradığınız pomidorları əlavə edin.
Pomidorlar yumşalmağa başlayanda əzdiyiniz sarımsaqları və dəfnə yarpağını da qoyub qovurmağa qoyun.
Əgər kartof əzəniniz varsa pomidorları də onunla əzərək daha sürətli bir şəkildə sous halına gəlmələrini təmin edə bilərsiniz.
Pomidorlar yaxşıca yumşalıb sous halına gələndə pomidor püresi , bibər və duzu da əlavə edib 2-3 dəqiqə daha bişirin.
Ocaqdan almadan dərhal əvvəl doğradığınız reyhanı də əlavə edib, dəfnə yarpağını çıxarıb , ocaqdan alın.
Bir soba qabına yağlı kağız sərib üzərinə 1 dilim qızarmış badımcan, onun üzərinə 1 dilim mozzarella , onun üzərinə pomidor sousu və sonra təkrar badımcan hissəsi olmaq surətiylə 3 qat edin. Son badımcan diliminin üzərinə təkrar pomidor sousu və rəndə mozzarella əlavə edin. 4 ədəd bu şəkildə qüllə hazırlayın .
Bütün qüllələr bitincə , pendir əriyənə üzərləri qızarana qədər təxminən 15 dəqiqə qədər sobada bişirin.

Nuş olsun!
Etiketlər: pomidor, üzərinə, badımcan, əlavə, qaşığı, mozzarella, şəkildə, dəfnə, qədər, dilim, qoyub, yumru, reyhanı, doğrayın, yağını, kağız, yarpağını, sousu, təkrar, bişirin
BİZİ İZLƏYİN