• Balqabaq qutabı resepti

Reseptin məlumatları Baxış sayı: 9939

Tarix : 14.12.2016, 21:00

Bölmə : Tərəvəz yeməkləri, Duzlu xəmir işləri, Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
50-70 q kərə yağı

Xəmir üçün:
400 q un (2 stəkan),
duz, 1 yumurta,
100 ml otaq temperaturunda su (yarım stəkan).

İçlik üçün:
400-500 q balqabaq,
soğan,
nar.
duz,
şəkər tozu,
istiot.

Hazırlanması:
400 q unu ələyin, duz, 1 yumurta və su əlavə edib yumşaq, elastik xəmir yoğurun. Bürüyün və 20 dəqiqə otaq temperaturunda kənarda saxlayın.
Xırda doğranılmış soğanı kərə yağında qızardın, yarıbişmiş balqabaq əlavə edin, duz, zövqünüzə uyğun şəkər tozuda əlavə edə bilərsiniz. Tam hazır olana kimi aşağı odda qarışdıraraq qızardın.
Çəngəl ilə əzin, püre şəklinə gətirin. Qutab üçün nazik xəmir yayın. İçliyə zövqünüzə uyğun nar əlavə edin. Quru (yağsız) tavada və ya sacda qızılı rəng alana kimi qızardın. Qutabların üzərinə isti-isti kərə yağı sürtün.

Nuş olsun!

Etiketlər: əlavə, qızardın, Anchor, zövqünüzə, uyğun, şəkər, xəmir, temperaturunda, yumurta, stəkan, balqabaq, Çəngəl, şəklinə, gətirin, sürtün, aşağı, olana, Qutab, qarışdıraraq, nazik
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN