• Gül kələmli graten resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 11 766

Tarix : 19-12-2016, 16:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Kərə yağı - 50 q
Gül kələmi - 400 q
Sarımsaq - 3 diş
Su - 200 ml
Süd - 200 ml
Holland pendiri - 150 q
Qaymaq - 100 ml
Zövqə görə göyərti
Duz

Hazırlanması:
İstiot İlk öncə suyu və südü bir qazana boşaldın. Sonra bir çimdik duz və istiotu üzərinə əlavə edib, qaynamağa qoyun. Yaxşıca yuyulan gül kələmini doğrayıb, qaynayan südə əlavə edin və 5-10 dəqiqə ərzində bişirməyə qoyun. Sarımsaqları xırda-xırda doğradıqdan sonra qaymaqla dolu olan kasaya tökün və qarışdırmağa başlayın. Holland pendirini sürtgəcdən keçirib, həmin qaymaqlı qarışıma əlavə edin. Kərə yağını düzbucaq formasında doğrayıb, istiyə davamlı qabın içərisinə düzə bilərsiniz. Gül kələmini süzgəcdən keçirdikdən sonra, doğradığınız kərə yağının üzərinə düzməyə başlayın. Qaymaqlı qarışımı gül kələmin üzərinə gəzdirin və son olaraq sobanızı 200 dərəcəyə qədər qızdırıb, grateninizi bişirin(pendirin üzərində qızartı əmələ gələnə kimi).

Gül kələmli graten resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üzərinə, əlavə, doğrayıb, qoyun, xırda, başlayın, sonra, kələmini, Holland, süzgəcdən, bilərsiniz, keçirdikdən, doğradığınız, əmələ, içərisinə, qabın, düzbucaq, yağını, formasında, istiyə
BİZİ İZLƏYİN