• Qat - qat xəmirli tartaletlər resepti

Reseptin məlumatları Baxış sayı: 2591

Tarix : 23.09.2017, 22:00

Bölmə : Tərəvəz yeməkləri, Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Kərə yağı – 60 q
Toyuq filesi – 400 q
Göbələk – 400 q
Pomidor – 500 q
Holland pendiri – 70 q
Qat-qat xəmir – 400 q

Hazırlanması:
İlk əvvəl göbələkləri 4/1 formada doğrayıb, orta hərarətli odda kərə yağı ilə üstü qızarana qədər bişirin. Daha sonra toyuq filesini kiçik dördbucaqlar şəklində doğrayıb, kərə yağında yüngülcə qızardın. Qat-qat xəmiri tartaletlər üçün olan formaların içərisinə yerləşdirin. Pomidorlarınızı 4 hissəyə bölüb və holland pendirini sürtgəcdən keçirdərək, qızartığınız göbələk və file ilə birgə xəmirinizin üzərinə əlavə edin. Sobanızı 200 dərəcəyə qədər isidib, tartaletlərinizi 20 dəqiqə ərzində bişirə bilərsiniz.

Nuş olsun!

Etiketlər: doğrayıb, qədər, keçirdərək, sürtgəcdən, qızartığınız, göbələk, pendirini, holland, yerləşdirin, içərisinə, Pomidorlarınızı, hissəyə, bölüb, birgə, xəmirinizin, dəqiqə, ərzində, bişirə, bilərsiniz, tartaletlərinizi
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica