• Yerkökü ruleti resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12 296

Tarix : 9-01-2017, 22:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q yerkökü
4 yumurta
duz
istiot
100 q üyüdülmüş keşyu
50 q kərə yağı

iç:
300 q kəsmikli pendir
70 ml yağlı qaymaq
7 q jelatin tozu
1 dəstə göyərti
duz
istiot
3 diş sarımsaq

Hazırlanması:
Yerkökünü sürtgəcin iri gözündən keçirib yağda 7-10 dəqiqə qovurun.

Yumurtaların ağını sarısından ayırın. Yumurta ağlarını möhkəm çalın.

Yerkökünü soyudub yumurta sarıları, üyüdülmüş keşyu, duz və istiotla qarışdırın.

Sonda çalınmış yumurta ağlarını ehtiyatla əlavə edib qarışdırın.

20x30 sm ölçüdə formanın içinə perqament döşəyib kütləni içinə yayın (bundan iri qab götürüb küiləni nazik yaymayın, yoxsa formaya yapışıb qalacaq, çıxaranda dağılacaq). 180 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə bişirin.

Çıxarıb çevirin, kağızı çıxarın, üzərinə yaş dəsmal çəkin.

İç üçün: jelatin tozunu isti suda isladın.

Göyərti ilə sarımsağı çox xırda doğrayın, kəsmikli pendirlə qarışdırın.

Jelatini qaymağa qatın, tam əriyənədək qızdırın (qaynatmaq olmaz!), sonra pendirli kütləyə əlavə edin.

Əgər iç çox duru alınıbsa, onu bir müddət soyuducuda saxlayın.

İçi korjun üzərinə çəkin. Rulet kimi bükün.

Ruleti folqaya büküb bir gecə soyuducuda saxlayın.

Ruletin folqasını açarkən dağılarsa, onu əlinizlə düzəldə bilərsiniz.

Süfrəyə verməzdən əvvəl dilimləyin.

Yerkökü ruleti resepti - FOTO RESEPT

Yerkökü ruleti resepti - FOTO RESEPT

Yerkökü ruleti resepti - FOTO RESEPT

Yerkökü ruleti resepti - FOTO RESEPT

Yerkökü ruleti resepti - FOTO RESEPT

Yerkökü ruleti resepti - FOTO RESEPT

Yerkökü ruleti resepti - FOTO RESEPT

Yerkökü ruleti resepti - FOTO RESEPT

Yerkökü ruleti resepti - FOTO RESEPT

Yerkökü ruleti resepti - FOTO RESEPT

Yerkökü ruleti resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qarışdırın, yumurta, saxlayın, dəqiqə, ağlarını, içinə, üzərinə, çəkin, Yerkökünü, əlavə, soyuducuda, jelatin, üyüdülmüş, istiot, keşyu, kəsmikli, pendirlə, Jelatini, qaymağa, qatın
BİZİ İZLƏYİN