• Göbələkli banoş resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 11000

Tarix : 10.01.2017, 16:00

Bölmə : Tərəvəz yeməkləri, Qəlyanaltılar, Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
600 ml su
200 q qarğıdalı yarması (orta böyüklükdə)
200 q şampinyon
100 q "Feta" pendiri (başqa pendirlə əvəz etmək olar)
50 q yağ
duz

Hazırlanması:
Göbələkləri yuyub təmizləyin. Duzlu suda bişirin. Aşsüzənə yığıb süzün. Soyuyandan sonra doğrayın.

Bir qədər yağda şampinyonları qızılı rəng alanadək qovurun (çox qurutmayın).

Qazana su töküb qaynadın. Duz qatın. Qaynara düşəndə yuyulmuş qarğıdalı yarmasını əlavə edin. Qarışdıraraq bişirin. Bişib-bişmədiyini yoxlamaq üçün qaşıqla götürüb azca soyuyandan sonra boşqaba qoyun. Əyin, əgər axıb getmirsə, deməli, bişib.

Banoşu azca dərin qablara çəkib üzərinə göbələkləri düzün, sürtgəcdən keçirilmiş pendir səpin.

Göbələkli banoş resepti - FOTO RESEPT

Göbələkli banoş resepti - FOTO RESEPT

Göbələkli banoş resepti - FOTO RESEPT

Göbələkli banoş resepti - FOTO RESEPT

Göbələkli banoş resepti - FOTO RESEPT

Göbələkli banoş resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: bişirin, qarğıdalı, sonra, qaşıqla, götürüb, boşqaba, yoxlamaq, soyuyandan, bişmədiyini, yarmasını, yuyulmuş, əlavə, Qarışdıraraq, Bişib, qoyun, deməli, düzün, göbələkləri, sürtgəcdən, keçirilmiş
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN