• Yumurta kotleti resepti

Reseptin məlumatları Baxış sayı: 16 824

Tarix : 9-08-2014, 22:46

Bölmə : Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6 bişmiş yumurta
1 dəstə göy soğan
2 x.q. mannı yarması
1 x.q. un
1 x.q. xama
1 dəstə şüyüd
2 x.q. bitki yağı (qızartmaq üçün)
duz

Hazırlanması:
Bişmiş yumurtaları sürtgəcin iri gözündən keçirin.

Xırda doğranmış şüyüd və göy soğanı əlavə edin.

Un və mannı yarması, duz və xama əlavə edib yoğurun.

Əllərinizi isladıb kotlet formasına salın.

Tavada bitki yağını qızdırıb kotletlərin hər iki üzünü qızardın.

Süfrəyə isti-isti verin.

Nuş olsun!
Etiketlər: şüyüd, bitki, yarması, mannı, əlavə, dəstə, Tavada, salın, formasına, isladıb, yağını, kotlet, qızardın, verin, olsun, Süfrəyə, Əllərinizi, kotletlərin, üzünü, qızdırıb
BİZİ İZLƏYİN