• Qarışıq tərəvəz qızartması resepti

Reseptin məlumatları Baxış sayı: 7 605

Tarix : 20-05-2017, 22:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Kök – 2 ədəd
Kabak – 2 ədəd
Badımcan – 2 ədəd
Bibər – 4 ədəd
Kartof – 2 ədəd

Pomidor sousu üçün:
Zeytun yağı – 3-4 x.q.
Pomidor – 3-4 əsəs
Sarımsaq – 2 diş
Şəkər – 1 x.q.
Sirkə - 1 ç.q.
Duz, istiot

Üzəri üçün:
Sarımsaqlı qatıq

Qızartmaq üçün:
Bitki yağı

Hazırlanması:
Kök, kartof, kabak və badımcan yumru dilim şəklində doğranılır. Kök, kartof və bibərləri 20 dəqiqə qızardın. Badımcan və kabakları una batırıb qızardın. Bir qaba pomidor, xırda doğranmış sarımsaq, zeytun yağı, şəkər, sirkə, duz və istiotu bir qabda sous şəklinə gələnə qədər bişirin. Bir kasada qatıq və əzilmiş sarımsaqları qarışdırın. Qızardılan tərəvəzləri servis qabına qoyun. Üzərinə əvvəlcə sarımsaqlı qatığı, sonra isə pomidor sousunu əlavə edərək servis edin.

Nuş olsun!
Etiketlər: kartof, qızardın, servis, qatıq, pomidor, Badımcan, Pomidor, bişirin, kasada, əzilmiş, sarımsaqları, qədər, gələnə, sirkə, şəkər, istiotu, qabda, şəklinə, qarışdırın, tərəvəzləri
BİZİ İZLƏYİN