• Kartof ruleti resepti

Reseptin məlumatları Baxış sayı: 65 866

Tarix : 19-08-2014, 09:00

Bölmə : Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq kartof
2 yumurta
1 soğan
1 yerkökü
1 pomidor
0,5 qırmızı və 0,5 sarı bibər
1 badımcan
bitki yağı

Hazırlanması:
Kartofu duzlu suda bişirin, bir qədər soyudun və isti-isti ət maşınından keçirin. Çiy yumurta əlavə edib qarışdırın. Su ilə isladılmış qida plyonkasının üstünə döşəyin.

Tərəvəzləri xırdalayıb bitki yağında qovurun. Soyudun.

Tərəvəzləri kartof püresinin üstünə qoyun, plyonkanın köməyilə rulet kimi bükün.

Ruleti yağlanmış formaya qoyun, üzərinə çalınmış yumurta çəkin, çəngəllə bir neçə yerdən deşikləyin. 180-200 dərəcə qızdırılmış sobada, üzəri qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: kartof, yumurta, qoyun, bişirin, bitki, üstünə, Tərəvəzləri, köməyilə, bükün, rulet, püresinin, yağında, xırdalayıb, qovurun, Soyudun, Ruleti, plyonkanın, formaya, qızdırılmış, dərəcə
BİZİ İZLƏYİN