• Göbələk raqusu ilə röşti resepti

Reseptin məlumatları Baxış sayı: 14 747

Tarix : 21-08-2014, 19:00

Bölmə : Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq kartof
1 x.q. duz
3-4 x.q. kərə və ya zeytun yağı

Göbələk raqusu:
350 q şampinyon
150 q ağ göbələk
2 diş sarımsaq
2 x.q. zeytun yağı
1 x.q. doğranmış cəfəri
150 ml yağlı qaymaq
duz
istiot

Hazırlanması:
Kartofu yuyub qabığını soyun, sürtgəcdən keçirin.

Tavada yağı qızdırın. Sürtgəcdən keçirilmiş kartofu içinə qoyub yağla yaxşıca qarışdırın, duz vurun. İki dəqiqə qarışdırın. Sonra isə bundan iri bir blin hazırlayın (qaşıqla hamarlayın).

Tavanın qapağını örtün. Röştini (kartoflu blini) hər üzünü 10 dəqiqə olmaqla vam odda bişirin. Sonra qapağını açın. Ocağı artırın, hər üzünü daha 3 dəqiqə qızardın (xırtıldamalıdır).

Göbələk raqusu: sarımsağı zeytun yağında 1 dəqiqə qovurun. Doğranmış göbələyi, duz, istiot əlavə edib göbələk yumşalanadək bişirin. Qaymağı əlavə edin, 2 dəqiqə sonra ocağı söndürün. Doğranmış cəfərini səpin.

Kartof blininin üstünə qoyub süfrəyə verin.

Nuş olsun!
Etiketlər: dəqiqə, zeytun, göbələk, əlavə, qarışdırın, bişirin, istiot, Doğranmış, Sonra, üzünü, raqusu, qoyub, qapağını, artırın, qızardın, xırtıldamalıdır, olmaqla, Röştini, örtün, kartoflu
BİZİ İZLƏYİN