• Kəvərli çörək pudinqi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 848

Tarix : 23-03-2016, 14:00

Bölmə : Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Pudinq adını eşidəndə hamı özünü şirin bir təam yeməyə hazırlayır. İngiltərə mətbəxində şirin, ətirli pudinqin özünəməxsus sanbalı var. Bu səbəbdən də pudinq reseptləri də onlarladır. Bu dəfə isə ənənədən kənara çıxaraq, şirin pudinq hazırlamırıq. Dadmağa dəyər.

Tərkibi:
2-3 x.q. bitki yağı
400 q kəvər
6 qalın çörək dilimi (sininin ölçüsünə görə daha çox da ola bilər)
100-150 q qaymayqlı pendir (5% yağlı)
4 yumurta
150 ml süd
duz
istiot

Hazırlanması:
Kəvəri xırda (təxminən 1 sm tərəfli) doğrayın, bitki yağında 5-10 dəqiqə, yumşalanadək qovurun.
Kəvərli çörək pudinqi resepti - FOTO RESEPT


Çörək dilimlərinin bir üzünə qaymaqlı pendir çəkin. Sinini yağlayın, çörəyi yaxmaclı tərəfi üzüyuxarı olmaqla içinə düzün (çörəyin yarısını, 3 dilim).
Kəvərli çörək pudinqi resepti - FOTO RESEPT


Yumurtaları südlə çalın. Duz, istiot vurun.
Kəvərli çörək pudinqi resepti - FOTO RESEPT


Çörəyin üstünə qızartdığınız kəvərin yarısını döşəyin.
Kəvərli çörək pudinqi resepti - FOTO RESEPT


Yumurta qarışığının yarısını üstünə tökün.
Kəvərli çörək pudinqi resepti - FOTO RESEPT


Qalan çörək dilimlərini də pendirli hissəsi üzüyuxarı olmaqla düzün. Üstünə kəvər qovurmasının qalanını döşəyin, yumurta qarışığının qalanını tökün.
Kəvərli çörək pudinqi resepti - FOTO RESEPT


180 dərəcə qızdırılmış sobada 25 dəqiqə, üstü qızaranadək bişirin.

Süfrəyə isti-isti verin. Kahı ilə, bişmiş lobya ilə də verə bilərsiniz.
Kəvərli çörək pudinqi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yarısını, şirin, çörək, üstünə, döşəyin, qarışığının, bitki, pendir, istiot, olmaqla, üzüyuxarı, dəqiqə, düzün, tökün, yumurta, kəvər, pudinq, qalanını, verin, çörəyin
BİZİ İZLƏYİN