• Baikzuk resepti

Reseptin məlumatları Baxış sayı: 14 154

Tarix : 22-03-2016, 22:00

Bölmə : Toyuq yeməkləri / Şorbalar

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Baikzuk Koreya mətbəxindən yaz şorbası adi ilədə tanınır. Koreyada hesab edirlər ki, bu şorba xəstələrə şəfa verir. Elə sağlamlar üçün də pis deyil.

Tərkibi:
1 cücə
125 q düyü
4 kartof
2 yerkökü
1 kərəviz budağı
1 soğanaqlı göy soğan
10 diş sarımsaq
8 xurma
zəncəfil tozu
duz
istiot

Hazırlanması:
Cücənin içini təmizləyin, düyünü və 5 diş sarımsağı içinə yığın. Dərisini elə tikin ki, düyü tökülməsin. İçinə 1,5 l su tökülmüş qazana qoyun, orta itilikli odda qaynara düşəndən sonra daha 15 dəqiqə bişirin.

Bu arada kartofu, yerkökünü və qalan sarımsağı təmizləyib kubik doğrayın. Kərəvizi uzun şəridlərə, soğanı isə xırda doğrayın.

Bunları və xurmanı da qazana əlavə edib daha 30 dəqiqə bişirin. Ocağı azaldın. Cücəni şorbadan çıxarın. İçinin düyü və sarımsağını çıxarın, əti sümükdən ayırın, əlinizlə xırda tikələrə ayırın. Əti qazana qaytarın. Zövqə görə duz, istiot, zəncəfil tozu vurun, azca qaynadın.

Süfrəyə düyü və pekin kələmi (kimçi) ilə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qazana, xırda, ayırın, çıxarın, zəncəfil, istiot, sarımsağı, doğrayın, bişirin, dəqiqə, kartofu, arada, xurmanı, soğanı, Bunları, şəridlərə, əlavə, kubik, Kərəvizi, qalan
BİZİ İZLƏYİN