• Herse resepti

Reseptin məlumatları Baxış sayı: 13 803

Tarix : 25-08-2014, 09:00

Bölmə : Toyuq yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
2 toyuq döşü (sümüksüz)
2 x.q. kərə yağı
2 x.q. un
duz
qara istiot
soğan
sarımsaq

Üzərinə:
kərə yağı
pul bilər

Hazırlanması:
Toyuq ətini qazana qoyub üzərinə çıxacaq qədər su əlavə edin.
Soyulmuş soğan, sarımsaq, duz, qara istiot əlavə edib ət yumşalanadək bişirin.
Suyunu süzün (atmayın).
Əti həvəngdəstədə döyün.
Tavada kərə yağını əridin, unu əlavə edib azca rəngi dəyişənə qədər qovurun.
Toyuq ətini əlavə edib qarışdırın.
Toyuq bulyonundan əlavə edib xama qatılığı alana qədər bişirin.

Boşqaba yığın. Kərə yağını əridin, içinə pul bibər əlavə edib qarışdırın. İstiotun rəngi yağa çıxanda ocaqdan götürün, hersenin üstünə gəzdirin.

Nuş olsun!
Etiketlər: əlavə, Toyuq, qədər, yağını, ətini, bişirin, qarışdırın, əridin, istiot, soğan, sarımsaq, rəngi, Boşqaba, qatılığı, yığın, bulyonundan, qovurun, alana, bibər, hersenin
BİZİ İZLƏYİN