• Kuksi şorbası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 480

Tarix : 2-10-2014, 23:00

Bölmə : Toyuq yeməkləri / Şorbalar / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Bu maraqlı şorba Koreya mətbəxinə aiddir.

Bu şorbanın reseptləri çoxdur. Biz toyuq bulyonu və toyuq əti ilə olanı hazırlayırıq.

Tərkibi:
500 q toyuq əti
1 badımcan
3 yumurta
200 q təzə xiyar
1 şirin bibər
200 q soya cücərtisi (konserv)
1,5 l toyuq bulyonu
200-300 q yumurtalı əriştə
3 x.q. zeytun yağı
soya sousu, süfrə sirkəsi - zövqə görə
2-3 diş sarımsaq
duz, istiot göyərti - zövqə görə

Hazırlanması:
Badımcanı saman kimi doğrayın, duzlayın. Əlinizlə sıxın, 1 saat saxlayın.
Kuksi şorbası resepti - FOTO RESEPT


Əti şəridlərə doğrayın, tavada zeytun yağında qızılı rəng alanadək qovurun.
Kuksi şorbası resepti - FOTO RESEPT


Suyu sıxılmış badımcan əlavə edin, 5-7 dəqiqə bişirin.
Kuksi şorbası resepti - FOTO RESEPT


Əriştənin üstünə qaynar su tökün, 3 dəqiqədən sonra süzün. Əriştə hazırdır.
Kuksi şorbası resepti - FOTO RESEPT


Yumurtaları çalın və bitki yağında 3 nazik blinçik bişirin. Sonra üst-üstə yığıb rulet kimi bükün, doğrayın.
Kuksi şorbası resepti - FOTO RESEPT


Xiyarı sürtgəcin iri gözündən keçirin, suyunu sıxın. Bibəri nazik saman kimi doğrayın. Soya cücərtiləri dadsızdırsa, üstünə azca limon şirəsi səpib az miqdarda duz vurun.
Kuksi şorbası resepti - FOTO RESEPT


Bulyon: toyuq bulyonuna əzilmiş sarımsaq, soya sousu və süfrə sirkəsi (çox az), qırmızı istiot və doğranmış keşniş əlavə edin.
Kuksi şorbası resepti - FOTO RESEPT


Hər boşqaba bir az əriştə qoyun.
Kuksi şorbası resepti - FOTO RESEPT


Yanına ətlə badımcanı, ortaya blinçik dilimlərini qoyun.
Kuksi şorbası resepti - FOTO RESEPT


Üstünə qaynar bulyon töküb süfrəyə verin.

Nuş olsun!
Etiketlər: toyuq, doğrayın, sarımsaq, saman, zövqə, süfrə, zeytun, sousu, sirkəsi, sıxın, üstünə, qaynar, blinçik, bişirin, əlavə, əriştə, yağında, nazik, istiot, qoyun
BİZİ İZLƏYİN