• Mərmər toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 14 840

Tarix : 12-10-2014, 16:00

Bölmə : Toyuq yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
700 q toyuq filesi
1 x.q. qırmızı istiot (paprika)
2 x.q. jelatin (toz)
1 x.q. doğranmış göyərti
2-4 diş sarımsaq
duz
istiot

Hazırlanması:
Toyuğun döş ətini xırda tikələrə doğrayın. Dərin ləyənə yığın. Qırmızı istiot, jelatin (quru), göyərti səpin, azca duz və istiot vurun, qarışdırın.

Bunları toyuq bişirmək üçün plastik torbaya yığın. Ağzını möhkəm bağlayın ki, suyu axmasın. Torbanı iynə ilə deşmək lazım deyil. Torbanı siniyə, sinini 170-180 dərəcə qızdırılmış sobaya qoyun (200 dərəcəni aşanda torba partlayır), 50 dəqiqə bişirin.

Sobadan çıxarandan sonra torbanın içində soyudun. Sonra çıxarıb doğrayın.

Nuş olsun!
Etiketlər: istiot, göyərti, Torbanı, yığın, jelatin, doğrayın, toyuq, sobaya, qızdırılmış, qoyun, dərəcəni, aşanda, dərəcə, sinini, deşmək, lazım, deyil, siniyə, torba, Sonra
BİZİ İZLƏYİN