• Diyetik toyuq şişi resepti

Reseptin məlumatları Baxış sayı: 17691

Tarix : 2.06.2014, 13:16

Bölmə : Toyuq yeməkləri, Pəhriz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4




Tərkibi:
100 qr arzu etdiyiniz növlərdə bibər
300 qr toyuğun döş əti
2 ədəd göy soğan
Duz
Qara bibər
1 xörək qaşığı maye yağ
250 qr qatıq
5 ədəd taxta şiş
Yarım çay qaşığı qədər qırmızı toz bibər
2 baş quru soğan (100 qr.)

Hazırlanması:
Ətləri, bibərləri və göy soğanları yuduqdan sonra qurulayın və iri hissələr halında doğrayın. Soğanları soyub yuyun və qalın halqalar şəklində kəsin.Bütün vəsaiti tək-tək, taxta şişlərə keçirin. Üzərlərinə duz və qara bibər səpin. 1 xörək qaşığı maye yağı tavada isidib, orta istilikdəki odda şişləri qızardın. Qatığa duz, qara bibər və qırmızı bibər səpib, toyuq şişlərin yanında servis edin.

Nuş olsun!

Etiketlər: bibər, qaşığı, qırmızı, taxta, xörək, soğan, tavada, səpin, Üzərlərinə, keçirin, vəsaiti, şəklində, Bütün, isidib, kəsin, şişlərə, Qatığa, şişlərin, yanında, servis
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN