• Minestrone şorbasını resepti

Reseptin məlumatları Baxış sayı: 15 812

Tarix : 21-11-2014, 11:00

Bölmə : Toyuq yeməkləri / Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
50 q yaşıl lobya
100 q hisə verilmiş toyuq döşü
60 q qabaq
1 budaq kərəviz
50 q ağ kələm
1 kartof
2 kök
1 baş soğan
1 diş sarımsaq
1 ç.q. zeytun yağı
1 ədəd bulyon kubiki
2 st. su
1 pomidor
50 q yaşıl noxud
25 q parmezan pendiri
qara istiot
duz

Hazırlanması:
Lobyaları 4-5 yerə bölün. Toyuq döşünü, qabağı, kərəvizi, kartof və kökü kubik doğrayın. Kələmi nazik doğrayın. Soğan və sarımsağı xırda doğrayaraq yağda qovurun.

Suyu qaynadın, bulyon kubikini, sonra isə hazırladığınız tərəvəz və toyuğu əlavə edin. 10 dəqiqə qaynadın. Soğan və sarımsağı, xırda doğranmış pomidoru, yaşıl noxudu tökün, duz-istiot vurub 10 dəqiqə də bişirin.
Süfrəyə verməzdən əvvəl şorbanın üzərinə sürtgədən keçirilmiş parmezan pendiri və göyərti səpin.

Nuş olsun!
Etiketlər: yaşıl, dəqiqə, istiot, pendiri, doğrayın, sarımsağı, qaynadın, xırda, bulyon, Soğan, parmezan, kartof, sürtgədən, hazırladığınız, tərəvəz, toyuğu, sonra, kubikini, olsun, səpin
BİZİ İZLƏYİN