• Acı hind şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 16 358

Tarix : 20-12-2014, 21:00

Bölmə : Toyuq yeməkləri / Şorbalar

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
700-800 q toyuq filesi (qaynadıb iri doğramaq)
1,5 l toyuq bulyonu
2 ədəd baş soğan (xırda doğranmış)
400 q gül kələmi
100 ml yağlı qaymaq
1-2 diş sarımsaq
2 x.q. yağ
1-2 x.q. limon şirəsi
1/4 ç.q. üyüdülmüş zəncəfil
2-3 x.q. kokos yonqarı (quru tavada azacıq qızartmaq)
1 ç.q. karri
duz
çili istiotu

Hazırlanması:
Yağı əridin, soğan, sarımsaq əlavə edib 3-4 dəqiqə qızardın. Zəncəfil, karri, un vurub qarışdırın, 2 dəqiqə qovurun. Sonra bulyon və qaymaq tökün. Qaynara düşənəcən gözləyin, 5 dəqiqə qaynadıb gül kələmini əlavə edin. Həddən artıq bişirməyin ki, kələm əzilməsin. Hazır şorbaya toyuq əti, duz, çili istiotu, kokos yonqarı, limon şirəsi əlavə edib qarışdırın.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, toyuq, şirəsi, limon, sarımsaq, kokos, karri, qarışdırın, qaymaq, yonqarı, istiotu, soğan, qaynadıb, Qaynara, düşənəcən, gözləyin, qovurun, tökün, bulyon
BİZİ İZLƏYİN