• Xardallı-ballı toyuq kababı resepti

Reseptin məlumatları Baxış sayı: 14 042

Tarix : 21-12-2015, 18:00

Bölmə : Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 toyuğun döş əti
1 x.q. soya sousu
3 x.q. dənəvər xardal
2 x.q. bal
1 ç.q. üyüdülmüş zəncəfil
1 x.q. qırmızı üzüm sirkəsi
küncüt toxumu
bitki yağı

Hazırlanması:
Toyuq filesini uzununa şəridlər formasında doğrayın.
Soya sousu, xardal, bal, zəncəfil və sirkəni qarışdırın. Toyuq ətini bu sousun içinə düzün. Üzərinə qida plyonkası çəkib soyuducuda 1 saat saxlayın.
Uzun çöp şişləri suda saxlayın (bişəndə yanmaması üçün). Toyuq ətini şişlərə çəkin. Üzərinə küncüt səpin.
Tavaya bitki yağı töküb qızdırın.
Şişləri içinə düzüb hərtərəfli toyuq ətini qızardın.

Nuş olsun!
Etiketlər: ətini, Toyuq, içinə, bitki, sousu, saxlayın, küncüt, zəncəfil, xardal, Üzərinə, yanmaması, şişlərə, soyuducuda, olsun, şişləri, çəkin, bişəndə, töküb, hərtərəfli, toyuq
BİZİ İZLƏYİN