• Toyuq ruleti resepti

Reseptin məlumatları Baxış sayı: 38 952

Tarix : 12-07-2015, 14:00

Bölmə : Toyuq yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1kq toyuğun döş əti (file),
3 ədəd soğan,
2 ədəd kök,
2 ədəd yumurta,
2 ədəd bolqar bibəri,
cəfəri, şüyüd,
yağ,
xama,
duz və istiot

Hazırlanması:
Əvvəlcə soğanlar ət maşınından keçirilməlidir. Bacararsınızsa əti çəkilmiş soğanla döymək daha məsləhətlidir.
Yumurtanı və kökü bişirin.
Kök tam bişməməlidir.
Soğanı xırda doğrayın və zeytun yağında qovurun. Yumurta, kök və bibəri kubik şəklində doğrayın.
Cəfəri və şüyüdü də doğrayıb soğanla birgə qarışdırın.
Falqa üzərində açılmış toyuq döşünü duzlayın və istiotlayın. Hazırlnamış içi də filenin üzərinə qoyun və boru şəklində qatlayın.
Sobaya qoyarkən üzərinə xama sürtün ki, yaxşı qızarsın.

Nuş olsun!
Etiketlər: üzərinə, bibəri, doğrayın, şəklində, soğanla, Falqa, üzərində, toyuq, birgə, Cəfəri, şüyüdü, doğrayıb, döşünü, qarışdırın, istiotlayın, sürtün, qoyarkən, yaxşı, qızarsın
BİZİ İZLƏYİN