• Toyuq qutabı resepti

Reseptin məlumatları Baxış sayı: 17905

Tarix : 10.07.2015, 10:00

Bölmə : Toyuq yeməkləri, Duzlu xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
Toyuq əti: 400 qram
Quru soğan: 2 baş
Nar: 40 qram və ya lavaşana: 20 qram
Buğda unu: təqribən 440 qram
Yaq: 100 qram
Duz
Qara istiot
Sumaq
Darçın

Hazırlanması:
Toyuq qutabı hazırlamaq üçün əvvəlcə un ələnir. Unu ələməklə həm unun içərisindəki yad cisimləri təmizlənir, həm də un hava alaraq xəmirin və qutabın daha yaxşı olmasına şərait yaradılır.
Unu ələdikdən sonra su və duz qarışdırılır və xəmir yoğrulur. Xəmir biraz bərk olmalıdır. Yumşaq olmamalıdır. Bərk xəmir yoğrulduqdan sonra kiçik kündələrə ayrılır. Bu kiçik kündələrdən oxlov vasitəsi ilə yuxa yayılır. Yayılan yuxanın qalınlığı təqribən 1 millimetr ölçüsündə olur.
Yuxa yayılıb hazır olduqdan sonra hazır yuxamız yumru formada kəsilir. Səliqəli və asan kəsmək üçün yuxanın üzərinə bir boşqab qoyulur və bıçak vasitəsi ilə kəsilir. Bu şəkildə səliqəli və tam yumru yuxa əldə edilir.
Toyuq qutabı içliyin hazırlanması:
Qutab bişirərkən əsasən toyuğun bud hissəsindən istifadə olunur. Bunun səbəbi, bud ətinin daha yağlı olmasıdır.
Toyuq əti sümükdən təmizlənir. Bundan sonra təmizlənən toyuq əti tikələri ət çəkən maşından keçirdilərək qiymə hazırlanır. Bundan sonra soğan da ət çəkən maşından keçirilir. Çəkilmiş soğanla qiymə bir birinə yaxşıca qarışdırılır.
Hazırlanan bu toyuq budu əti qiyməsinin içərisinə nar dənələri və ya lavaşana əlavə edilir və onlar da qarışdırılır.

Toyuq qutabı hazırlanarkən əvvəlcə dairəvi formada kəsdiyimiz yuxa səliqə ilə masanın üzərinə sərilir. Toyuq ətindən hazırladığımız içlik yuxanın bir kənarından yarısına qədər səliqə və bərabərşəkilli olacaq şəkildə yayılır. Yuxanın boş hissəsi içlik olan hissənin üzərinə gələcək şəkildə qatlanır.
Kənarları bükülərək bir – birinə yapışdırılır. Aypara formasında qutab bişməyə hazırdır artıq.
İstəyə görə tavada qaynar isidilmiş yağda bişirilir və ya sacda yağsız olaraq bişirilir.
Qutab hazır olduqdan sonra süfrəyə isti – isti verilir. Bişən qutablar çox yüngül formada yağlanır və üzərinə sumaq səpilərək üst- üstə düzülür.

Nuş olsun!
Etiketlər: Toyuq, sonra, üzərinə, qutabı, hazır, yuxanın, şəkildə, qarışdırılır, formada, səliqə, bişirilir, içlik, Qutab, yayılır, xəmir, yumru, edilir, vasitəsi, kəsilir, maşından
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN