• Toyuq qara ciyərindən paştet resepti

Reseptin məlumatları Baxış sayı: 32 392

Tarix : 12-12-2015, 18:00

Bölmə : Toyuq yeməkləri / Qəlyanaltılar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 qram toyuq qara ciyəri
2 ədəd baş soğan
1 ədəd çox bişmiş yumurta
1 ədək kök (bişmiş)
Kərə yağı
Duz
İstiot

Hazırlanması:
Paşteti hazırlamaq üçün əvvəlcə soğanlar soyulur, doğranılır və qızılı rəng alana qədər qızardılır.
Soğanlar qızardıldıqdan sonra toyuq qara ciyəri yuyulur, doğranılır və bir qazana qoyulur. Qara ciyər bir “burun” qaynadıqdan sonra suyu süzülür və yeni su əlavə edilir. Ciyər tikələrinin üzərinə su əlavə edilir. Su, qara ciyər tikələrinin üzərini örtməlidir.
Qazan ocağın üzərinə qoyulur və qaynamağa başladıqdan sonra üzərinə yığılan kəf yığılır.
Bundan sonra qazana duz əlavə edilir.
Qara ciyərlərin bişməsi üçün təqribən 15 dəqiqə kifayətdir.
Qaraciyər bişərkən, kök və yumurta da suda qaynadılıb bişirilir.
Bişən qaraciyərlərin soyumasını gözləmədən blender və ya ətçəkən maşın vasitəsi ilə qiymələnir.
Ciyərlə yanaşı bişmiş kök, bişmiş yumurta və əvvəlcədən qızartdığımız soğanlar da blender və ya ətçtəkən maşından keçirilir.
Daha sonra bunlara duz, istiot və kərə yağı da əlavə edilir və hamısı birlikdə blender və ya ətçəkən maşındak keçirilir.
Bütün xammallar qarışıb bütöv bir kütlə meydana gələnə qədər bu təkrarlanır.
Daha sonra paştetimizi soyuducuda 20-30 dəqiqə gözlədirik. Bu zaman paştet soyuducuda soyuyub bərkiyir.
Aluminium və ya kağız folqa açılır və üzərinə 0,5 santimetr qalınlığında paştet yayılır.
Yayılan paştetin üzərinə də kərə yağı sürtülür.
Kərə yağ sürtəndən sonra paştet rulet halında bükülür.
Ruleti folqaya büküb o şəkildə təkrar soyuducuya qoyuruq.
Toyuq qara ciyərindən paştet süfrəyə verilərkən doğranıb servis edilir.

Nuş olsun!
Etiketlər: sonra, edilir, üzərinə, paştet, bişmiş, əlavə, blender, yumurta, toyuq, ətçəkən, qazana, soyuducuda, ciyər, qoyulur, qədər, tikələrinin, doğranılır, ciyəri, keçirilir, dəqiqə
BİZİ İZLƏYİN