• Toyuqlu makaron ograten resepti

Reseptin məlumatları Baxış sayı: 23 396

Tarix : 6-06-2014, 09:59

Bölmə : Toyuq yeməkləri / Makaron yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
2 su stəkanı kəpəkli makaron
2 su stəkanı toyuq suyu
1 su stəkanı su

Beşamel sous üçün:
2 xörək qaşığı kəpəkli un
Bir yarım su stəkanı süd
1 ədəd yumurtanın sarısı
Yarım su stəkanı rəndələnilmiş ağ pendir

Üzərinə:

50 qram qaynadılmış toyuq
İncə doğranmış cəfəri

Hazırlanması:
Toyuq suyunu və suyu bir qazana alın. Kəpəkli makaronu suda qaynadın. Süzüb bir soba qabına yayın.
Bu vaxt beşamel sous üçün, unu yüngülcə qovurun. Rəngi dəyişməyə başladığında südü və çırpılmış yumurta sarısını əlavə edib 4-5 dəqiqə qarışdıraraq bişirin. Rəndələnilmiş pendiri əlavə edib ocaqdan götürün. Qarışdırıb makaronun üzərinə yayın. Əvvəldən isidilmiş 170 dərəcə sobada, beşamel sous qızarana qədər gözlədin. Sobadan çıxardıb, üzərinə didilmiş toyuq əti və incə doğranmış cəfəri səpərək servis edin.

Nuş olsun!
Etiketlər: stəkanı, toyuq, yayın, üzərinə, beşamel, əlavə, cəfəri, doğranmış, kəpəkli, Rəndələnilmiş, bişirin, pendiri, servis, ocaqdan, götürün, olsun, yumurta, sarısını, dəqiqə, qarışdıraraq
BİZİ İZLƏYİN