• Cənnət həzzi tortu resepti

Reseptin məlumatları Baxış sayı: 14 671

Tarix : 30-10-2015, 20:00

Bölmə : Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
250 qram kərə və ya marqarin yağı
200 qram şəkər tozu
200 qram un
2-2,5 çay qaşığı qabartma tozu
4 yumurta
4 xörək qaşığı süd
3 xörək qaşığı kakao tozu

Krem üçün:
500 ml süd
6 xörək qaşığı mannı yarması
200 qram yağ
200 qram şəkər
200 qram kakos dənəcikləri

Şirəsi üçün:
180 qram südlü şokolad

Hazırlanması:
Bütün ərzaqları qarışdırın, xəmiri yağlanmış qəlibdə, 175 dərəcə temperaturda təxminən 50 dəqiqə bişirin. Soyuyandan sonra tort xəmirini iki hissəyə, laya bölün.
Süddən mannı sıyığı bişirin, yağla şəkər tozunu ayrıca çalın. Sonra yağlı kütləni və kakosu mannı sıyığına əlavə edin, yenidən qarışdırın. Tort layına bu kremden çəkin.
Südlü şokoladı buxarda əritdikdən sonra tortun üzərinə tökün və soyuq yerdə saxlayın.

Nuş olsun!
Etiketlər: qaşığı, xörək, mannı, şəkər, sonra, bişirin, qarışdırın, kütləni, kakosu, əlavə, sıyığına, yağlı, Sonra, tozunu, ayrıca, yağla, çalın, yenidən, çəkin, tökün
BİZİ İZLƏYİN