• Kurnik piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 27 334

Tarix : 15-06-2014, 21:54

Bölmə : Toyuq yeməkləri / Xəmir işləri / Foto reseptlər

Mətbəx : Gürcü mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Blincik üçün:

1 ədəd yumurta
350 ml süd
5 x.q. un
Duz

Xəmiri üçün:
400 q un
100 q kərə yağı
1 ədəd yumurta
1/4 stəkan süd
3 x.q. xama
Qabartma tozu

İçlik üçün:
1 ədəd toyuq (1,5 kq)
400 q göbələk
1 ədəd iri soğan
200 q bişmiş düyü
Keşniş, şüyüd, cəfəri
2 ədəd bişmiş yumurta
Duz, istiot

Hazırlanması:
İlk öncə toyuğu qaynamağa qoyuruq. Bu arada xəmir yoğururuq və 2 saatlıq soyuducuya dinlənməyə qoyuruq. Daha sonra blincik xəmirini qarışdırıb bişiririk. 10 ədəd alınmalıdır. Toyugu bişdikdən sonra doğrayırıq, sümüklərini ayırırıq.
Düyünü doğranmış göyərti və yumurta ilə qarışdırırıq, duz istiot əlavə edirik.
Göbələyi duzlayıb ,istiotlayıb yağ soğanda qızardırıq.

Xəmiri soyuducudan çıxarıb iki hissəyə ayırırıq. Xəmiri bilincikdən bir az böyük yayırıq. Xəmirin ortasına bir ədəd blincik qoyuruq üzərinə düyülü içlikdən 3 x.q. qoyub blincikin üzərinə yayırıq.
Kurnik piroqu resepti - FOTO RESEPT

Daha sonra üzərinə bir ədəd blincik qoyub toyuğun 3/1 hissəsini yayırıq.
Kurnik piroqu resepti - FOTO RESEPT

Daha bir blincik qoyub üzərinə göbələkli içlikdən yayırıq.
Kurnik piroqu resepti - FOTO RESEPT

İçliklər bitənədək bu prosesi davam edirik. Ən son xəmirin digər hissəsini yayıb üzərini örtürük. Xəmir qalıqları ilə üzərini bəzəyirik. Piroqun ortasından bir desik acırıq ki, buxar çıxsın.
Kurnik piroqu resepti - FOTO RESEPT

Üzərinə yumurta çəkib 180 dərəcədə 1 saat bişiririk.

Nuş olsun!
Etiketlər: yumurta, üzərinə, yayırıq, blincik, qoyub, sonra, qoyuruq, Xəmiri, bişiririk, içlikdən, üzərini, hissəsini, istiot, ayırırıq, edirik, bişmiş, İçliklər, göbələkli, stəkan, bitənədək
BİZİ İZLƏYİN