• Xoşbəxt çörək arası resepti

Reseptin məlumatları Baxış sayı: 19 447

Tarix : 21-06-2014, 00:40

Bölmə : Toyuq yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
2 ədəd toyuq sinəsi
2 diş sarımsaq
6 yarpaq təzə kəklik
4 xörək qaşığı zeytun yağı
2 çay qaşığı sirkə
8 dilim kənd çörəyi
Kahı yarpaqları

Mayonez üçün:
1 yumurta sarısı
1 çay qaşığı xardal
200-250 ml. zeytun yağı
2 ovuc fındıq
3 yarpaq reyhan
5 yarpaq yaşıl reyhan
1 limonun suyu
İstiot
Duz

Hazırlanması:
2 diş sarımsağı döyün və 6 yarpaq təzə kəkliklə birlikdə 2 barmaq qalınlığında kəsdiyiniz 2 toyuq sinəsinə əlavə edin. Toyuq parçalarına 2 çay qaşığı sirkə və 4 xörək qaşığı zeytun yağı əlavə edin və ən az 10 dəqiqə olmaq üzrə, saxlaya bildiyiniz qədər gözlədin. Mayonezi üçün, 2 ovuc fındığı, köz qoxusunu artırmaq üçün tavada öz yağında qovurun. Qovrulunca iri dənəli parçalar halında döyün. 1 çay qaşığı xardala, 1 yumurta sarısını əlavə edin və çırpın. Sonra içinə damla damla zeytun yağını qataraq çırpmağa davam edin. 200 -250 ml. zeytun yağını bu şəkildə yavaş-yavaş yedirdikdən sonra bıçaqla iri-iri doğradığınız 5 yarpaq yaşıl reyhan və 3 yarpaq reyhanla qarışdırın. 1 limonun suyunu və ağız dadına görə duz və istiotu son olaraq da fndıq parçalarını əlavə edərək qarışdırın. Mayoneziniz artıq çörəklərə sürtmək üçün hazırdır. Toyuqları qızartmaq üçün tavayı isitlədin və istilənincə toyuqları tavaya qoyub, 4-5 dəqiqə çevirərək bişirin. Bişərkən taxta qaşıqla toyuğunuzu incə parçalara ayırın. Tək toyuğu bu şəkildə uzun müddət qızardıb qurutmayın. 8 dilim kənd çörəyini qızardın və mayonez qarışığını çörəyinizin içinə düzün. Üzərinə bir az kahı əlavə edin, toyuqları qoyub dilimləri bağlayın. Nəfis çörək hazırdır.

Nuş olsun!
Etiketlər: yarpaq, qaşığı, əlavə, zeytun, reyhan, qoyub, dəqiqə, döyün, yaşıl, limonun, içinə, yağını, qarışdırın, yavaş, toyuqları, şəkildə, hazırdır, damla, sirkə, dilim
BİZİ İZLƏYİN