• Saxsı qabda göbələkli toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 17 676

Tarix : 2-07-2016, 22:00

Bölmə : Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Toyuq filesi
Göbələk - 1 kq.
Holland pendiri - 300 qr.
Soğan - 6 əd
Zeytun yağı
Soya sousu -2 x.q.
Duz, istiot

Hazırlanması:
Soğanı uzun-uzun doğrayıb qızardırıq.Göbələkləridə doğrayıb soğana əlavə edib qızardırıq.
Toyuq filesinə duz , istiot vurub bir buğum qaynadırıq və qızartdığımız soğanla göbələyə əlavə edib qovururuq.
Duz , istiot əlavə etmək yadınızdan çıxmasın.
Bişənə yaxın soya sousunu əlavə edib qarışdırıb ocaqdan götürürük.
Götürdükdən sonra saxsı qablara yığıb üstünə sürtkəcdən keçirdiyimiz holland pendirini səpib sobaya 220 *-də 15 dəq bişirib və soyumadan nuşi canlıqla yeyirik.

Nuş olsun!
Etiketlər: əlavə, istiot, doğrayıb, qızardırıq, Toyuq, saxsı, qablara, yığıb, üstünə, sonra, götürürük, yaxın, sousunu, qarışdırıb, ocaqdan, Götürdükdən, sürtkəcdən, səpib, sobaya, bişirib
BİZİ İZLƏYİN