• Göbələkli toyuq budu resepti

Reseptin məlumatları Baxış sayı: 13 749

Tarix : 10-07-2016, 22:00

Bölmə : Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Toyuq budu -8 əd
Şampinion göbələk -300 qr
Soğan -3 əd
Kök- 1əd
Dəfnə yarpağı – 1əd
Yumru istiot -3 əd
Sarömsaq – 2 diş
Un- 1 x.q
Duru yağ -2 x.q
Xama- 100 qr
Duz ,istiot

Hazırlanması:
Toyuğun budlarını yuyuruq , iti bıçakla kəsirik sümüyünü çıxardırıq.
Sümükləri qazana qoyub üzərinə bir az su töküb qaynadırıq və köpüyünü yığırıq. Üzərinə yağı, doğradığımız soğanı, kökü, dəfnə yarpağı, duz istiot əlavə edib 15 dəqiqə bişiririk. Bişdikdən sonra soyuduruq.
Göbələyi yuyub doğrayırıq . Qalan soğanları doğrayıb tavada qızardırıq. Üzərinə doğranmış göbələk ,sarımsaq əlavə edib 10 dəqiqə bişirib odun üzərindən götürürüb soyuduruq.
Hazırladığımız içliyi budların içinə yığıb ağzını iplə bağlayırıq.
Tavaya yağ töküb budları şəkildə gördüyünüz kimi 5 dəqiqə qızardırıq və saxsı və ya şüşə qaba düzürük.
Xamaya hazırladığımız bulyonu əlavə edib yaxşıca qarışdırırıq və budların üzərinə yayıb sobada 220 dərəcədə bişiririk.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, bişiririk, budların, Üzərinə, istiot, töküb, qızardırıq, üzərinə, soyuduruq, yarpağı, Hazırladığımız, içliyi, götürürüb, doğrayıb, göbələksarımsaq, doğranmış, içinə, tavada, bişirib
BİZİ İZLƏYİN