• Hinduşkalı sarma resepti

Reseptin məlumatları Baxış sayı: 13 937

Tarix : 7-07-2016, 10:00

Bölmə : Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
Hinduşka filesi – 150-200 q.
Tomat pastası – 2 x. q
Soğan – 2 ədəd
Kartof – 4 ədəd
Pomidor – 2 ədəd
Bibər – 1 ədəd
Göyərti
Narın xörək duzu, istiot

Üzəri üçün:
4 ədəd hazır yuxa
2 ədəd yumurta
Əridilmiş yağ
Xama

Hazırlanması:
Kartofları doğrayıb,yumşalana kimi bişiririk.
Suyuna azca duz atırıq.
Fileni də kartof kimi doğrayırıq, üstünə soğan və bibəri xırda-xırda doğrayıb əlavə edirik.
Duzlayıb, istiotlayıb yağda yumşalana kimi qızardırıq.
Xamayla yumurtanı qarışdırırıq.
Lavaşların hər iki üzünə bu qarışımdan çəkirik.
Qazanı isidib, dibini yağlayırıq.
Lavaşları səliqə ilə qazana düzürük.
Bişmiş kartofla fileni qarışdırıb üstünə göyərti və pomidoru əlavə edirik.
Qazana sərdiyimiz lavaşın üzərinə bu qarışıqdan töküb lavaşın yarısını örtürük.
Daha sonra qarışığın ikinci hisəsini də töküb lavaşla üzərini örtürük.
Qazanı ağzı açıq halda qoymaq şərtilə öncədən 200 dərəcəyədək qızdırılmış sobada 20-25 dəq bişiririk.
Gözəl və şahlara layiq yeməyimiz hazırdır.

Nuş olsun!
Etiketlər: lavaşın, doğrayıb, xırda, əlavə, töküb, edirik, yumşalana, Qazanı, örtürük, üstünə, bişiririk, qarışıqdan, üzərinə, Qazana, düzürük, qazana, səliqə, Lavaşları, Bişmiş, kartofla
BİZİ İZLƏYİN