• Dadlı çələng resepti

Reseptin məlumatları Baxış sayı: 15 430

Tarix : 12-08-2014, 14:02

Bölmə : Toyuq yeməkləri / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 sümüksüz toyuq döşü
6 yumurta
3 diş sarımsaq
2 yerkökü
1-2 baş soğan
20x20 sm ölçüdə hazır qat-qat xəmir
1 dəstə göyərti

Hazırlanması:
Xəmiri soyuducudan çıxarıb üzərində göstərilən qaydada donunu açın.

3 yumurtanı bişirib soyudun, uzununa yarıya bölün.

Yerkökü, soğan və sarımsağı xırdalayıb bitki yağında qovurun, soyudun.

Toyuq ətindən qiymə hazırlayın, duz, istiot vurun, qovurduğunuz tərəvəzləri, 3 çiy yumurta və göyərtini əlavə edin, qarışdırın.

Sinini bitki yağıyla yağlayın, qiyməni halqa formasında düzün. Yumurtaları kəsiyi üzü aşağı olmaqla üstünə düzün (qiyməyə batırmaqla).

Qat-qat xəmiri şəridlərə bölün. Hətta ulduz, yarpaq - fantaziyanız necə buyurursa, - formasında da kəsə bilərsiniz. Qiymənin üzərinə, yumurtalar olmayan yerə döşəyin, qıraqlarını halqanın altına salın.

Halqanın üzərinə yumurta sarısı və süd, yaxud mayonez də çəkə bilərsiniz.

Sobada 30-40 dəqiqə, hazır olanadək bişirin.

Əgər xəmir çox qızarırsa, üzərinə folqa çəkin.

Nuş olsun!
Etiketlər: üzərinə, yumurta, bölün, xəmir, bilərsiniz, bitki, formasında, düzün, hazır, soyudun, soğan, Hətta, şəridlərə, ulduz, xəmiri, yarpaq, buyurursa, fantaziyanız, batırmaqla, qiyməyə
BİZİ İZLƏYİN