• Toyuqlu mini rollar resepti

Reseptin məlumatları Baxış sayı: 12 007

Tarix : 22-03-2017, 14:00

Bölmə : Toyuq yeməkləri / Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:
Süd 0,5 litr
Yumurta 2 ədəd
Şəkər tozu 1 x.q
Un 1,5 stəkan
Duz 1 ç.q
Çay sodası 1/2 ç.q (Qabartma tozu ilə əvəz etmək olar)

İçlik:
Toyuq 200 q (Qaynadılmış və didilmiş)
Duz 1/2 ç.q
Duzlu xıyar 100 q
Şüyüd 1 dəstə
Sarımsaq 1-2 diş
Xama 200 q
Mayonez 50 ml

Hazırlanması:
Südə yumurtaları, duzu, şəkər tozunu əlavə edib çalmaq. Alınan məhlula unu tökmək və bir daha yaxşı qarışdırmaq. Qarışdırmağı davam edərək bitki yağını əlavə etmək. Xəmirdə un yumurcaqlarının qalmaması vacibdir. Xəmir qatı ayran kimi olmalıdır. Hazır xəmiri 30 dəq. otaq temperaturunda saxlamaq lazımdır.

İçlik:
Qaynadılmış və didilmiş toyuq ətinə duz, doğranılmış duzlu xıyar, əzilmiş sarımsaq, xırda doğranmış şüyüd, xama və mayonezi qatıb qarışdırın.

Teflon dibi olan tavanı isitmək və çömçə ilə xəmiri götürüb tava tökmək. Blinçik tarazlı yayılması üçün tavanı silkələmək. Blinçik azca, qızılı rənq alana kimi qızardılmalıdır. Bir üzünü qızartmaq yetərlidir.

Blinçikin qızardılmış hissəsinə bir-iki qaşıq içlik qoyub üzərinə yayın və rulet kimi bükün. Hazır ruletləri 2 sm qalınlığında doğrayın.

Qəlyanaltının üzərini göyərti ilə bəzəyib süfrəyə verin.

Nuş olsun!
Etiketlər: əlavə, xıyar, didilmiş, Blinçik, Hazır, Xəmir, tavanı, xəmiri, Qaynadılmış, tökmək, etmək, İçlik, götürüb, göyərti, bəzəyib, üzərini, tarazlı, qızılı, silkələmək, yayılması
BİZİ İZLƏYİN