• Lavaşlı ençilada resepti

Reseptin məlumatları Baxış sayı: 19 927

Tarix : 14-08-2014, 16:00

Bölmə : Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
500 q toyuq filesi
bitki yağı (qızartmaq üçün)
duz
istiot
2 baş soğan
3 diş sarımsaq
2 bolqar bibəri
2 pomidor
1 dəstə keşniş
4 lavaş
1 st. tomat sousu
4 x.q. xama
200 q pendir

Hazırlanması:
Toyuq filesini kubik doğrayın. Tavada bitki yağını qızdırıb içində əti tam bişincə qovurun, duz, istiot vurun.

Başqa tavada soğanı şəffaflaşanadək qovurun, sarımsaq, kubik doğranmış bolqar bibəri əlavə edin, 10 dəqiqə bişirin.

Keşnişi xırda doğrayın. Toyuq ətini, soğanlı-bibərli qarışığı, kubik doğranmış pomidoru, keşnişi, duz və istiotu qarışdırın, lavaşların içinə yığıb boru kimi bükün (zərf kimi də bükə bilərsiniz).

Tomat sousunu xama ilə qarışdırın. Sininin dibinə azca bu qarışıqdan tökün, üstünə boru kimi bükdüyünüz lavaşları düzün. Sousun qalanını üstünə gəzdirin, sürtgəcdən keçirilmiş pendir səpin. 180 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: kubik, doğrayın, Toyuq, qovurun, doğranmış, üstünə, qarışdırın, bişirin, pendir, dəqiqə, bitki, sarımsaq, istiot, bibəri, bolqar, Sininin, sousunu, dibinə, qarışıqdan, istiotu
BİZİ İZLƏYİN