Tərkibi:
Xəmir:250 q un
0,75-1 st. qatıq
0,5 ç.q. soda
bıçağın ucunda duz
Qiymə:500 q toyuq əti
1 baş soğan
duz
qara istiot
1 qutu duzlu çubuq
bitki yağı (qızartmaq üçün )
Hazırlanması:Qatıq, soda, duz və undan xəmir yoğurun. Xəmir yumşaq olmalı, ələ yapışmamalıdır.
Toyuq ətini baş soğanla birlikdə ət maşınında çəkin. Duz, istiot vurub yoğurun, bir neçə dəfə kündə tutub masaya çırpmaqla döyün.
Xəmiri 1 mm qalınlıqda yayın, 3 sm enində şəridlər kəsin.
Qiymədən götürüb duzlu çubuğun ətrafına toyuq budu forması verməklə bərkidin.
Sonra xəmir şəridi ilə sarıyın.
Hamısı hazır olduqdan sonra "bud"ların yarısınadək batacağı səviyyəyədək tavanın içinə bitki yağı tökün (təxminən 1-1,5 sm hündürlükdə).
Yağı yaxşıca qızdırın, "bud"ları içində hərtərəfli qızardın.
Nuş olsun!
Etiketlər: xəmir, duzlu, yoğurun, bitki, istiot, toyuq, sonra, şəridi, olduqdan, hazır, sarıyın, Hamısı, Sonra, verməklə, götürüb, Qiymədən, çubuğun, ətrafına, ların, forması