• Ləvəngi plov resepti

Reseptin məlumatları Baxış sayı: 63 264

Tarix : 18-03-2017, 18:00

Bölmə : Toyuq yeməkləri / Aş - Plov

Mətbəx : Talış mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 st uzun düyü
1 ədəd toyuq
4 ədəd baş soğan
1,5 st qoz ləpəsi
4-5 x.q alça turşusu
4-5 x.q əridilmiş kərə yağı
Sarıkök ya zəfəran
Duz
İstiot

Qazmaq üçün:
3 x.q qatıq
1 ədəd yumurta

Hazırlanması:
Düyünü yuyub suda qoyuruq.Təmizlənib yuyulmuş toyuğu yarıhazır vəziyyətdə olanadək duzlu suda bişiririk.
İçlik üçün soğanı soyub yuduqdan sonra ət maşınından keçirib tənzifdə sıxırıq. Acı suyunu tamam sıxıb çıxarırıq.
Qoz ləpəsini maşından keçirdib soğanın üstünə tökürük. 4 x.q alça turşusunu, zövqə görə duz və istiotu töküb yaxşı qarışdırırıq.
Toyuq bişdikdən sonra içini və çölünü turşulayıb, duz və istiotlayırıq. İçliyi toyuğun içinə yığırıq.
Adi qaydada duzlu suda düyünü yuyub bişirib süzürük.
Qazana az yağ töküb istidirik.
Qatıq ilə yumurtanı çalıb qazana az düyü töküb qatıq ilə yumurta qarışığını da töküb qarışdırıb qalınlığı 1 sm olmaqla yayırıq.
Düyüdan az töküb toyuğu qoyuruq.Sonra qalan düyünü tökürük.Üztünə dəmlənmiş zəfəran ya da sarıkök tökürük.
Üstünə yağ əlavə edib plovu 1-1,5 saat vam odda dəm almağa qoyuruq.
Plov dəm aldıqda düyünü qaba çəkib üstünə toyuq ləvəngisini qoyub yanlarını qazmaq ilə bəzəyirik.
Hazır plovun üstünə qaynar yağ töküb süfrəyə veririk.
Ləvəngi plovun bəzən də ləvədgisi ayrıca hazırlanıb sobada ya da təndirdə bişirilir və süfrəyə verildikdə düyünün yanında verilir.

Nuş olsun!
Etiketlər: töküb, tökürük, qoyuruq, düyünü, üstünə, yuyub, sonra, toyuğu, süfrəyə, plovun, yumurta, qatıq, toyuq, zəfəran, duzlu, Üstünə, əlavə, sarıkök, qalan, dəmlənmiş
BİZİ İZLƏYİN