• Toyuq rulyadası resepti

Reseptin məlumatları Baxış sayı: 15 549

Tarix : 23-08-2014, 04:00

Bölmə : Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
toyuq filesi
3 diş sarımsaq
3 yumurta
2 x.q. süd
mayonezli jele
göyərti, yerkökü, duz - zövqə görə

Hazırlanması:
Toyuq filesini bir qədər döyün. Duzlayın. Üstünə xırda doğranmış sarımsaq çəkin.

Yumurtanı südlə çalın.

Nazik blinçiklər bişirin.

Omleti filenin üstünə çəkin.

Rulet kimi bükün. Cunaya bükün, ağ sapla sarıyın.

Vam odda qaynadın.

Yüngül press altına qoyun, soyudun.

Jele: soyuq suya qarışdıraraq jelatin səpin (8 hissə suya 1 hissə jelatin). 2-3 saat şişməsini gözləyin. Qaynar toyuq bulyonuna əlavə edib qarışdırın, qaynara düşmək istəyəndə ocaqdan götürün. Soyuyandan sonra mayonezlə çalın.

Rulyadanı jeleli mayonez, göyərti, yerkökü ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: çalın, yerkökü, bükün, hissə, çəkin, göyərti, jelatin, sarımsaq, toyuq, Qaynar, bulyonuna, əlavə, gözləyin, qoyun, qarışdıraraq, soyudun, səpin, soyuq, şişməsini, düşmək
BİZİ İZLƏYİN