• Marinə edilmiş çuğundur resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 575

Tarix : 27-08-2014, 00:00

Bölmə : Turşular / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Marinə edilmiş çuğundur müxtəlif salatlar, həmçinin borş üçün əla inqredientdir.

Tərkibi:
1 kq çuğundur
200 ml sirkə
1 ç.q. duz
25 q şəkər tozu
5 ədəd dənəvər qara istiot
1 ədəd dəfnə yarpağı
30 q qıtığotu kökü
3 ədəd mixək
2 ədəd çili istiotu
1 budaq darçın

Hazırlanması:
Çuğunduru yuyun. Qazana yığıb üzərinə su tökün, tam hazır olanadək bişirin.
Marinə edilmiş çuğundur resepti - FOTO RESEPT


Hazır olub-olmadığını bıçaqla yoxlayın: bıçağa taxıb qaldırın, əgər asanlıqla sürüşüb düşürsə, demək, hazırdır.

Çuğundurun suyunu süzün. Çuğunduru otaq temperaturunadək soyudun.
Marinə edilmiş çuğundur resepti - FOTO RESEPT


Marinad: 1 litr suya sirkə və reseptdəki digər ərzaqları (çuğundurdan başqa) əlavə edin. Ocağın üstünə qoyun, qaynara düşəndə götürün. Otaq temperaturunadək soyudun.
Marinə edilmiş çuğundur resepti - FOTO RESEPT



Çuğunduru ürəyiniz istəyən qaydada (ya kubik - salat üçün, ya da saman kimi - borş üçün) doğrayın.
Marinə edilmiş çuğundur resepti - FOTO RESEPT


Təmiz bankalara yığın. Qapağını bağlayın. Soyuq, quru yerdə saxlayın.
Marinə edilmiş çuğundur resepti - FOTO RESEPT


Artıq bir sutka sonra yemək olar.
Marinə edilmiş çuğundur resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: Çuğunduru, sirkə, soyudun, temperaturunadək, çuğundur, qoyun, üstünə, Ocağın, qaynara, götürün, ürəyiniz, əlavə, düşəndə, ərzaqları, Marinad, süzün, reseptdəki, digər, çuğundurdan, istəyən
BİZİ İZLƏYİN