• Yağda şirin bibər resepti

Reseptin məlumatları Baxış sayı: 39 204

Tarix : 31-08-2014, 10:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2,5 kq şirin bibər
0,5 l su
200 q 5%-li sirkə
250 q bitki yağı
100 q şəkər tozu
1 ədəd cəfəri kökü
1 baş sarımsaq
duz (zövqə görə)

Hazırlanması:
Bibərləri yuyun, toxumlarını təmizləyin.

Cəfəri kökünü təmizləyib fal-fal doğrayın.

Sarımsağı dişlərinə ayırıb təmizləyin.

Marinad üçün suda duz, şəkər tozu, sirkə və bitki yağını qarışdırın, ocağın üstə qoyun, qaynara düşəndə götürün.

İstiot, sarımsaq və cəfəri kökünü sterilizə edilmiş bankalara yığın, üzərinə qaynar marinad tökün. Qaynadılmış qapaqlarını qoyub bankaları bir daha sterilizə edin (1 litrlik bankaları 15 dəqiqə qaynatmaq yetərlidir).

Nuş olsun!
Etiketlər: sarımsaq, bankaları, kökünü, sterilizə, cəfəri, təmizləyin, şəkər, sirkə, bitki, yığın, üzərinə, bankalara, qaynar, edilmiş, İstiot, olsun, marinad, götürün, Qaynadılmış, litrlik
BİZİ İZLƏYİN