• Konservləşdirilmiş yaşıl lobya resepti

Reseptin məlumatları Baxış sayı: 5 657

Tarix : 22-08-2017, 23:30

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Yaşıl lobya - 3 kq
Pomidor - 1,5 kq
Sarımsaq - 200 qr
Şirin bibər - 0.5 kq
Cəfəri - 1 dəstə
Duz - 1-1,5 x.q.
Şəkər tozu - 3-4 ç.q.
Acı bibər - 1 x.q.

Hazırlanması:
Lobyaları təmizləyib şəkildəki kimi doğrayın.
Pomidor və bibəri də yuyub şəkildəki kimi doğrayın.
Sarımsağı da təmizləyin.
Təmizlənmiş tərəvəzləri blenderlə doğrayın.
Cəfərini də xırda-xırda doğrayın.
Doğranmış cəfəri, duz, şəkər tozu, ədviyyat da əlavə edib qarışdırın, vam odda 50-60 dəqiqə bişirin.
Bişmiş yaşıl lobyanı bankalar doldurub, bağlayın. Qışa tədarük gördüyünüz "Konservləşdirilmiş lobya" hazırdır...

Nuş olsun!
Etiketlər: doğrayın, xırda, bibər, şəkildəki, Pomidor, lobya, bişirin, Bişmiş, dəqiqə, əlavə, şəkər, ədviyyat, yaşıl, qarışdırın, lobyanı, tədarük, gördüyünüz, hazırdır, bağlayın, doldurub
BİZİ İZLƏYİN