• Marinə edilmiş yerkökü resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 703

Tarix : 14-09-2014, 15:00

Bölmə : Turşular / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Ətirli marinə edilmiş yerkökü əla çərəzdir və cəmi 24 saata "gəlir". Onu həm ayrıca, həm də isti xörəklərin yanında süfrəyə vermək olar. Onu yay, payız, qış - mövsümü bitənədək hazırlamaq olar, çünki cəmi 2 həftə "ömrü" var, o da soyuducuda.

Tərkibi:
5-6 ədəd (400-500 q) yerkökü
1,5 st. su
1 st. sirkə
1/4 st. şəkər tozu
1,5 x.q. duz
1 x.q. zirə toxumu
1 x.q. təzə üyüdülmüş qara istiot
1-2 ədəd dəfnə yarpağı (sevməyənlər onsuz da keçinə bilərlər)

Hazırlanması:
Bir kasada zirə toxumları, təzə üyüdülmüş qara istiot və şəkər tozunu qarışdırın.
Marinə edilmiş yerkökü resepti - FOTO RESEPT


Suya duz əlavə edib ocağın üstünə qoyun. O qaynara düşənə qədər yerkökünü hazırlayın: təmizləyib uzunasına dilimləyin.
Marinə edilmiş yerkökü resepti - FOTO RESEPT


Təmizlənmiş yerkökünü qaynar duzlu suda 2-3 dəqiqə saxlayın, sonra kəfkirlə götürüb aşsüzənə yığın.

Suyu tam süzüləndən sonra sterilizə edilmiş bankalara yığın.
Marinə edilmiş yerkökü resepti - FOTO RESEPT


Duzlu suya ədviyyat və sirkəni əlavə edin (dəfnə yarpağını qoymayın). Qaynara düşəndən sonra 3 dəqiqə bişirin.

Yerkökünün olduğu bankalara dəfnə yarpağı qoyun, üzərinə qaynar marinadı tökün.
Marinə edilmiş yerkökü resepti - FOTO RESEPT


Bankanın ağzını steril qapaqlarla bağlayın, soyudun, sonra soyuducuda saxlayın. Marinə edilmiş yerkökü 24 saata "gəlir". Soyuducuda iki həftə saxlaya bilərsiniz.
Marinə edilmiş yerkökü resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: sonra, dəfnə, yerkökü, edilmiş, əlavə, yarpağı, şəkər, soyuducuda, bankalara, üyüdülmüş, yığın, dəqiqə, qaynar, saxlayın, yerkökünü, həftə, qoyun, istiot, saata, gəlir
BİZİ İZLƏYİN