• Kartof salatı konservi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 837

Tarix : 14-09-2014, 16:00

Bölmə : Turşular / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


"Qızardılmış kartofu qışa saxlamağın nə mənası var ki?" - bəziləri soruşa bilərlər. İşdən yorğun gəlib xörək hazırlamağa həvəsi olmayanlar, yaxud uzaq yola nə götürəcəyini fikirləşənlər üçün isə bu resept göydəndüşmədir.

Tərkibi:
3 kq kartof
500 q baş soğan
500 q bitki yağı
30 q 9%-li sirkə
30 q şəkər tozu
30 q duz
ədviyyat (zövqə görə)

Hazırlanması:
Soğanı xırda doğrayıb vam odda 10 dəqiqə yağda qovurun. Duz, şəkər tozu, sirkə əlavə edib qarışdırın.
Kartof salatı konservi resepti - FOTO RESEPT


Kartofu kubik doğrayın. Soğanla qarışdırın, zövqə görə ədviyyat əlavə edib vam odda arada qarışdıraraq 1 saat bişirin.
Kartof salatı konservi resepti - FOTO RESEPT


Qaynar salatı sterilizə edilmiş bankalara yığın, qaynadılmış qapaqları ağzına qoyun, bankaları 15 dəqiqə sterilizə edin, sonra qapaqlarını bağlayın.
Kartof salatı konservi resepti - FOTO RESEPT

Kartof salatı konservi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: ədviyyat, sirkə, sterilizə, dəqiqə, zövqə, şəkər, qarışdırın, əlavə, qovurun, yağda, arada, Soğanla, kubik, qarışdıraraq, Kartofu, doğrayın, Qaynar, bankaları, qoyun, sonra
BİZİ İZLƏYİN