• Marinə edilmiş istiot resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 365

Tarix : 14-09-2014, 19:00

Bölmə : Turşular / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
10 ədəd xalapenyo istiotu (çili istiotunun növü, yaşıl)
10 ədəd fresno istiotu (çili istiotunun növü, qırmızı)
5 diş sarımsaq
100 q baş soğan
2 ədəd dəfnə yarpağı
1 ç.q. meksika oreqanosu
2 st. sirkə
2 x.q. duz
2 x.q. şəkər tozu

Hazırlanması:
Birinci növbədə əlcək taxın, yoxsa bir həftə əlləriniz yanacaq.

İstiotları nazik fal-fal doğrayın. Saplaqlarını tullayın.
Marinə edilmiş istiot resepti - FOTO RESEPT


Soğan və sarımsağı təmizləyin.
Marinə edilmiş istiot resepti - FOTO RESEPT


2 st. 5%-li sirkəni qızdırın, 2 x.q. şəkər tozu, bir o qədər də duz, oreqano, dəfnə yarpağı əlavə edin. Qarışdıra-qarışdıra duz və şəkər tozunun əriməsini gözləyin. Əridikdə ocaqdan götürüb soyudun.
Marinə edilmiş istiot resepti - FOTO RESEPT


Soğan və sarımsağı xırdalayın, istiotlara əlavə edin.
Marinə edilmiş istiot resepti - FOTO RESEPT


Bankalara yığın. Marinadı üzərinə töküb qarışdırın. Qapaqlarını bağlayın.
Marinə edilmiş istiot resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, dəfnə, yarpağı, Soğan, əlavə, sarımsağı, istiotunun, istiotu, qızdırın, əriməsini, Əridikdə, gözləyin, tozunun, Qarışdıra, qədər, oreqano, ocaqdan, qarışdıra, istiotlara, qarışdırın
BİZİ İZLƏYİN