• Xardallı xiyar turşusu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 22 292

Tarix : 14-09-2014, 20:00

Bölmə : Turşular / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 kq xiyar
1 st. bitki yağı (günəbaxan)
3 x.q. duz
1 st. şəkər tozu
1 x.q. quru xardal
1 st. sirkə
3 x.q. xırda doğranmış sarımsaq
2 ç.q. qara üyüdülmüş istiot

Hazırlanması:
Xiyarı tərtəmiz yuyun.
Xardallı xiyar turşusu resepti - FOTO RESEPT


Fal-fal doğrayın.
Xardallı xiyar turşusu resepti - FOTO RESEPT


Digər ərzaqları əlavə edin. 3 saat saxlayın.
Xardallı xiyar turşusu resepti - FOTO RESEPT


Bu müddət ərzində aradabir qarışdırın.
Xardallı xiyar turşusu resepti - FOTO RESEPT


Belə hala gələcək.
Xardallı xiyar turşusu resepti - FOTO RESEPT


Xiyarı şirəsi ilə birlikdə sterilizə edilmiş bankalara yığın.
Xardallı xiyar turşusu resepti - FOTO RESEPT


İri qazanın dibinə əski döşəyin. Bankaları düzün. Qapaqlarını ağzına qoyun, amma bağlamayın, sadəcə qoyun. Qazana su tökün və ocağın üstünə qoyun. Su qaynara düşəndən sonra daha 10 dəqiqə qaynadın.
Xardallı xiyar turşusu resepti - FOTO RESEPT


Sonra bankaların qapaqlarını bağlayın.
Xardallı xiyar turşusu resepti - FOTO RESEPT


Bankaları tərs çevirin, üzərinə ədyal örtün və 1 sutka belə saxlayın. Sonra isə soyuq yerə qoyun.

Nuş olsun!
Etiketlər: qoyun, Sonra, Xiyarı, saxlayın, Bankaları, üstünə, ocağın, tökün, Qazana, bağlamayın, döşəyin, dibinə, düzün, Qapaqlarını, qaynara, ağzına, sadəcə, sonra, ədyal, üzərinə
BİZİ İZLƏYİN