• Kələm şorabası resepti

Reseptin məlumatları Baxış sayı: 32095

Tarix : 19.09.2014, 18:00

Bölmə : Turşular

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
10 kq kələm
200-250 q süfrə duzu

Qeyd: bundan artıq duz vurmayın!

Hazırlanması:
Kələmin üst yarpaqlarını artlayıb, özəyini çıxarın, doğrayın.

Əgər çəlləkdə şoraba qoyursunuzsa: çəlləyin dibinə bir lay tərtəmiz yuyulmuş kələm yarpağı döşəyin. Üstünə doğradığınız kələmi qoyun. Duz səpin. Əlinizlə basın. Üstünə bir lay kələm yarpağı döşəyin. Yarpaqların üzərinə ikiqat cuna çəkib üstünə ağır yük qoyun (məsələn, içi su ilə dolu balon).

Əgər bankada şoraba qoyursunuzsa: doğranmış kələmi duzla ovxalayın, bankaya sıx yığın və əlinizlə basın ki, şirəsini buraxsın.

Kələm şorabasının saxlandığı yerdə temperatur 20 dərəcə C-ni keçməməlidir.

İş bununla bitmir. Qıcqırma dövrü bitənədək kələmin üzərində yaranan köpüyü yığıb atmaq lazımdır. Əgər şorabanı çəlləkdə qoymusunuzsa, vaxtaşırı uzun, yuyulub qaynar suya çəkilmiş çubuğu çəlləyin dibinədək bir neçə yerdən batırın. Qıcqırma dövrü bitəndən sonra şorabanın suyunun rəngi durulur, kələm aşağı enir.

Qıcqırma dövrü bitəndən sonra şorabanı 0-2 dərəcə C temperaturda saxlamaq lazımdır. Çünki daha isti şəraitdə kələmin dadı itir. Bu temperaturu qoruyub saxlamaq lazımdır. Həmçinin, çalışın, kələm suyun altında qalsın və üstündə kif əmələ gəlməsin.

Nuş olsun!

Etiketlər: kələm, lazımdır, Qıcqırma, dövrü, döşəyin, yarpağı, saxlamaq, Üstünə, kələmi, sonra, basın, qoyursunuzsa, qoyun, bitəndən, çəlləyin, dərəcə, şoraba, çəlləkdə, şorabanı, kələmin
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
emis
bilirem
tesekkur
19 sentyabr 2014 21:03
1
BİZİ İZLƏYİN