• Gülkələmi tutması resepti

Reseptin məlumatları Baxış sayı: 15 033

Tarix : 28-09-2014, 13:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (1 l-lik banka):
gülkələmi
4-5 ədəd dənəvər istiot
2-3 mixək
1 balaca darçın budağı
2 x.q. 9%-li sirkə

Marinad üçün:
1 l suya - 50 q duz
25 q şəkər tozu

Hazırlanması:
Bankaları və qapaqlarını sterilizə edin. Ədviyyatı içinə yığın.

Gülkələminin budaqlarını ayırın, qaynar suda 1 dəqiqə saxlayın. Az saxlasanız, bərk olacaq, çox saxlasanız, əziləcək.

Kəfkirlə çıxarıb, sterilizə edilib içinə ədviyyat yığılmış bankalara yığın.

Marinad üçün: suyu qaynadın, duz və şəkər tozu əlavə edin.

Qaynayan marinadı bankalardakı gülkələminin üstünə tökün. Qapaqlarını ağzına qoyub, 10 dəqiqə sterilizə edin.

Sonra çıxarın. Hər bankaya 2 x.q. sirkə tökün, qapaqları bağlayın.

Nuş olsun!
Etiketlər: sterilizə, şəkər, Marinad, içinə, yığın, tökün, dəqiqə, sirkə, saxlasanız, Qaynayan, marinadı, bankalardakı, gülkələminin, əlavə, qaynadın, ədviyyat, yığılmış, bankalara, üstünə, banka
BİZİ İZLƏYİN